Mühasibat Xidmətləri

“Partner Group” şirkəti mühasibatlıq sahəsində tam müşayiəti təklif edir.

İşlər müqavilə əsasında həyata keçirilir. Müqavilədə aşağıdakı detalları dəqiq təsvir edirik və xidmətin icrasını həmin razılaşmaya uyğun qururuq:

01
Xidmətin başlanması

02
Razılaşmanın müddəti

03
Hər bir tərəfin hüquq və öhdəlikləri

04
İşlərin icrasının xüsusiyyətləri (sənədlərin hazırlanma müddəti)

05
Ödəniş müddəti və gecikməyə görə cərimə

06
Sifarişçi və icraçının məsuliyyətləri

Həmçinin müqavilədə konsaltinq şirkətinin yerinə yetirməli olduğu xidmətlərin siyahısı razılaşdırılır.
Siyahıya yeni xidmətlərin daxil edilməsi üçün əlavə müqavilə bağlamaq mümkündür.
Biz fərdi sahibkarlar (FS), mikro və kiçik sahibkarlarla işləyirik.
Mikro sahibkarlar 10 nəfərə qədər işçisi olan, kiçik sahibkarlar isə 11–50 nəfərə qədər işçi heyəti olan firmalara aid edilir.
Vergi və digər sahələrdə məsləhət verilməsi göstərilən xidmətlərin dəyərinin artmasına səbəb olmur — şərtlər əvvəlcədən razılaşdırılır.

Təklif olunan xidmətlərin siyahısı

Mühasibatın əsasları

İlkin sənədlərin emalından başlayaraq

  • ASAN imza

    ASAN imza ilə bağlı müvafiq işlərin icra edilməsi

  • Satış sənədləri

    Elektron qaimə və Vergi Hesab-Faktura (ƏDV ödəyiciləri üçün) hazırlanması və göndərilməsi

  • Tender sənədləri

    Tenderdə iştirak edən müəssisələr üçün sənədlərin hazırlanması

  • Sənədlərin emalı

    İlkin sənədlərin işlənməsi və mühasibat proqramına daxil edilməsi

  • Bank və Kassa

    Bank və kassa (kassa mədaxil/məxaric) sənədlərinin işlənməsi

  • İşçilərə əlavə hesablamalar

    Xəstəlik vərəqəsi, sosial və əmək məzuniyyətinin hesablanması

Vergi və idarəetmə uçotu

Bəyannamələrin və hesabatların hazırlanması və təqdim edilməsi

  • Vergilər Departamentinə hesabatlar

    Aylıq/rüblük/illik hesabatların hazırlanması və göndərilməsi (Mənfəət, Sadələşdirilmiş, Gəlir, ƏDV və s.)

  • Dövlət Sosial Müdafiə Fondu (DSMF)

    DSMF üzrə hesabatların hazırlanması və göndərilməsi

  • Dövlət Statistika Komitəsi

    Statistika hesabatlarının hazırlanması və göndərilməsi

  • Məşğulluq Mərkəzləri

    Məşğulluq üzrə hesabatların hazırlanması və göndərilməsi

  • MHBS üzrə hesabatlar

    Maliyyə hesabatları (balans, mənfəət-zərər, pul axınları və s.) hazırlanması

  • İdarəetmə hesabatları

    Rəhbərlik üçün müxtəlif idarəetmə hesabatlarının hazırlanması

DİQQƏT – Əlverişli şərtlər!

İLK VERGİ MƏSLƏHƏTLƏRİ VƏ BİR AY MÜHASİBAT XİDMƏTİ GÖSTƏRİLİR PULSUZ!!!

Tez-tez verilən suallar

Xüsusi suallarınız varsa, məsləhət üçün bizimlə əlaqə saxlayın

1. Azərbaycanda outsourcing mühasibat xidmətlərinin qiyməti nə qədərdir?

Qiymət dövriyyə, sənəd sayı, işçi sayı və vergi rejiminə görə dəyişir. Paket seçimi edildikdən sonra yükə uyğun sabit aylıq qiymət razılaşdırılır.

2. Azərbaycanda outsours mühasibi nə edir?

İlkin sənədlərin işlənməsi, vergi/DSMF/statistika hesabatları, əməkhaqqı hesablanması, bank-kassa uçotu və digər mühasibat proseslərini müqaviləyə uyğun icra edir.

3. Outsourcing şirkətinin ofisinə nə qədər tez-tez baş çəkməliyəm?

Əksər hallarda ehtiyac olmur. Sənədlər elektron şəkildə ötürülə bilər. Zəruri hallarda ayda 1 dəfə və ya razılaşdırılmış qrafiklə görüş planlanır.

4. Azərbaycanda boş hesabat təqdim etmək üçün nə tələb olunur?

Adətən aktiv elektron imza (ASAN imza) və vergi kabinetinə çıxış kifayətdir. Dövriyyə yoxdursa “0 hesabat” təqdim edilir.

5. Əməkhaqqı üzrə mühasib hansı hesabatları təqdim etməlidir?

ƏMAS qeydiyyatı, DSMF/işsizlik sığortası ilə bağlı bəyannamələr və digər müvafiq hesabatlar (müəssisənin statusundan asılı olaraq) təqdim olunur.

6. Outsourcing işçini ştatda saxlamaqdan daha yaxşıdır?

Kiçik və orta biznes üçün çox vaxt daha sərfəlidir: maaş + vergi + avadanlıq xərcləri azalır, eyni zamanda komanda təcrübəsi əldə edilir. Böyük dövriyyədə isə hibrid model də seçilə bilər.