Loading Events

« All Events

  • This event has passed.

16/02/2026

Fevral 16 @ 8:00 səhər - 5:00 axşam

Məcburi dövlət sosial sığorta haqqı

Hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 16-dan gec olmayaraq ödənilir.


İşsizlikdən sığorta haqqı

Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 1a-dan gec olmayaraq, tam məbləğdə ödənilir.


İcbari tibbi sığorta haqqı

Hər ay üzrə əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 16-dan gec olmayaraq tam məbləğdə ödənilir.


Əmlak vergisi

Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 16-dan gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 20 faizi həcmində dövlə büdcəsinə vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayınınn 16-dan gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Details

  • Date: Fevral 16
  • Time:
    8:00 səhər - 5:00 axşam