Vergi Məcəlləsinin 102.1.14-cü maddəsinə əsasən bu ödənişlər vergidən azaddır.
Son günlər ixtisar edilən işçilərin ən çox verdiyi sual budur:
işdənçıxarma müavinətindən vergi tutulurmu?
Məsələ həm əmək qanunvericiliyi, həm də vergi qanunvericiliyi çərçivəsində qiymətləndirilməlidir.
işçilərin sayı və ya ştatlar ixtisar olunduqda əmək müqaviləsi ləğv edilə bilər.
Bu zaman işçi əmək stajından asılı olaraq əvvəlcədən xəbərdar edilməlidir:
- 1 ilədək – azı 2 təqvim həftəsi
- 1–5 il – azı 4 təqvim həftəsi
- 5–10 il – azı 6 təqvim həftəsi
- 10 ildən çox – azı 9 təqvim həftəsi
Əmək müqaviləsinə xitam verilərkən işçiyə aşağıdakı məbləğdə
işdənçıxarma müavinəti ödənilir:
- 1 ilədək – orta aylıq əməkhaqqı
- 1–5 il – orta əməkhaqqının azı 1,4 misli
- 5–10 il – azı 1,7 misli
- 10 ildən çox – azı 2 misli
ştatların ixtisarı ilə əlaqədar ödənilən təminatlar və müavinətlər
gəlir vergisindən azaddır.
Yəni işəgötürən tərəfindən qanuna uyğun şəkildə ödənilən
işdənçıxarma müavinəti üzrə gəlir vergisi hesablanmamalıdır.
Qeyd edilməlidir ki, əgər qanunla nəzərdə tutulan məbləğdən artıq əlavə kompensasiya ödənilərsə,
həmin artıq hissə ümumi qaydada vergiyə cəlb oluna bilər.
Nəticə olaraq, 25 il stajla ixtisara düşən şəxsə ödənilən
azı iki misli orta aylıq əməkhaqqı məbləğində işdənçıxarma müavinəti
qanunvericiliyə əsasən vergidən azaddır.
İşdənçıxarma müavinətinin vergiyə cəlb olunması qaydası və qanuni mexanizm haqqında rəsmi izah.

