Ofis üçün alınan mebelə görə elektron alış aktı tərtib edilməzsə – cərimə tətbiq oluna bilər

Ofis üçün alınan mebelə görə elektron alış aktı tərtib edilməzsə – cərimə tətbiq oluna bilər

6 Mart 2026

Ofis üçün alınan mebelə görə elektron alış aktı tərtib edilməzsə – cərimə tətbiq oluna bilər

Elektron alış aktı

Fərdi sahibkarların ofis fəaliyyəti üçün fiziki şəxslərdən alınmış mallar üzrə elektron alış aktı

Partner Group MMC

Bu halda alınmış mallar üzrə alış tarixindən etibarən 5 gün müddətində elektron alış aktı

Əgər fərdi sahibkar vətəndaşdan, məsələn, şəxsi mənzilində istifadə etdiyi mebeli ofis üçün alırsa və ödənişi nağd qaydada həyata keçirib elektron alış aktı tərtib etmirsə, bu əməliyyat vergi uçotu baxımından sənədsiz alış kimi qiymətləndirilir və vergi orqanları tərəfindən maliyyə sanksiyası tətbiq oluna bilər.

Vergi Məcəlləsinə əsasən maliyyə sanksiyaları:

  • Birinci dəfə – malların dəyərinin 10% məbləğində maliyyə sanksiyası
  • İkinci dəfə – malların dəyərinin 20% məbləğində maliyyə sanksiyası
  • Üç və daha çox dəfə – malların dəyərinin 40% məbləğində maliyyə sanksiyası

Qeyd olunan qaydalar Vergi Məcəlləsinin 16-cı, 58-ci və 71-2-ci maddələri ilə tənzimlənir və vergi uçotunun şəffaf aparılması məqsədi daşıyır.

Praktikada sahibkarların tez-tez yol verdiyi səhvlərdən biri şəxsi istifadə olunan əmlakın ofis üçün alınması zamanı sənədləşdirmənin aparılmamasıdır. Halbuki belə hallarda da malların sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi nəzərə alınaraq elektron alış aktının tərtibi mütləqdir.

Nəticə: Fiziki şəxslərdən alınan mallar üzrə elektron alış aktı vaxtında tərtib edilmədikdə həm xərclərin vergi uçotunda qəbul olunmaması, həm də maliyyə sanksiyalarının tətbiqi riski yaranır.