2026-cı ilin istehsalat təqvimi

2026-cı ilin istehsalat təqvimi

22 Fevral 2026
PAYLAŞ:

ƏMƏK QANUNVERİCİLİYİ
11 dekabr 2025 • Rəsmi qərar • 2026 istehsalat təqvimi
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edildi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
11 dekabr 2025-ci il tarixli, 3-17/3-5-31/2025 nömrəli qərarla
2026-cı il üzrə iş vaxtı normasını və istehsalat təqvimini təsdiqləyib.
Partner Group olaraq hesab edirik ki, bu qərar əmək haqqı planlaması,
növbə cədvəllərinin qurulması, məzuniyyət planı və aylıq HR-büdcənin düzgün tərtibi üçün
əsas işçi sənədlərdən biridir.

241
iş günü

107
istirahət günü

19
bayram günü

1
ümumxalq hüzn günü

1922
illik iş saatı

Qısa xülasə

2026-cı ildə 40 saatlıq beşgünlük iş həftəsi üzrə illik norma
1922 saat təşkil edir. Bu norma 235 tam iş günü
6 qısaldılmış iş günü əsasında hesablanıb.

Beşgünlük iş həftəsində 241 iş günü, iş günü hesab edilməyən
107 istirahət günü, 19 bayram günü
1 Ümumxalq hüzn günü nəzərdə tutulur.

Praktik təsir

Bu təqvim xüsusilə əmək haqqı hesablamaları, növbəli iş rejimi,
iş vaxtının cəmlənmiş uçotu, məzuniyyət planı
istehsalat cədvəllərinin tərtibi üçün baza rolunu oynayır.

İş günü hesab edilməyən tarixlər
1, 2 yanvarYeni il bayramı
20 yanvarÜmumxalq hüzn günü
8 martQadınlar günü
20, 21, 22, 23, 24 martNovruz bayramı
20, 21 martRamazan bayramı
9 mayFaşizm üzərində qələbə günü
27, 28 mayQurban bayramı
28 mayMüstəqillik Günü
15 iyunMilli Qurtuluş Günü
26 iyunSilahlı Qüvvələr Günü
8 noyabrZəfər Günü
9 noyabrDövlət Bayrağı Günü
31 dekabrDünya azərbaycanlılarının həmrəyliyi günü

Qeyd: 2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə
365 təqvim günündən ibarətdir.

Üst-üstə düşmələrə görə əlavə istirahət günləri

Əmək Məcəlləsinin 105-ci maddəsinin tələblərinə uyğun olaraq,
beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11 və 29 may, 10 noyabr
tarixləri istirahət günləri kimi müəyyən edilib.

Altıgünlük iş həftəsində isə 9, 25, 26, 27 mart, 29 may və 10 noyabr
tarixləri istirahət günləri sayılır.

Partner Group-un ekspert qeydi

İşəgötürənlər üçün burada əsas məsələ yalnız bayram günlərini bilmək deyil. Əsas məsələ
iş vaxtı norması əsasında düzgün əmək haqqı fondu planlamaq, növbə cədvəllərini
1922 saatlıq illik norma ilə uzlaşdırmaq və qısaldılmış iş günlərini hesablama modelinə
daxil etməkdir. Xüsusilə istehsalat, logistika, satış, anbar və xidmət sahələrində yanlış qurulmuş cədvəl
sonradan artıq iş saatı, natamam uçot və əmək mübahisəsi riski yaradır.

Altıgünlük iş həftəsi tətbiq edilən müəssisələrdə də illik yanaşma dəyişmir:
40 saatlıq həftəlik norma çərçivəsində 1922 saatlıq illik limit əsas götürülməlidir.
Ayrı-ayrı aylarda saatların az və ya çox görünməsi, uçot dövrünün sonunda norma qorunursa,
avtomatik pozuntu sayılmır.

Hüquqi çərçivə

Qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu, 90-cı, 96-cı, 105-ci və 108-ci maddələri,
eləcə də Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli 362 nömrəli qərarı
nəzərə alınmaqla təsdiqlənib.

İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən hallarda uçot dövrü bir ildən artıq,
gündəlik növbə müddəti isə 12 saatdan çox ola bilməz.

2025 və 2026-cı illər üzrə aylıq iş günlərinin müqayisəsi
5 günlük və 6 günlük iş həftəsi üzrə bölgü
Ay 2025 2026
5 günlük 6 günlük 5 günlük 6 günlük
Yanvar 18 23 19 24
Fevral 20 24 20 24
Mart 13 18 14 18
Aprel 22 26 22 26
May 20 25 17 23
İyun 17 21 20 24
İyul 23 27 23 27
Avqust 21 26 21 26
Sentyabr 22 26 22 26
Oktyabr 23 27 22 27
Noyabr 18 23 19 23
Dekabr 22 26 22 26
Cəmi 239 292 241 294

Arxiv
Əvvəlki illərin istehsalat təqvimləri
2011–2025-ci illər üzrə istehsalat təqvimlərinə sürətli keçid

×
2026-cı ilin istehsalat təqvimi böyük görünüş