Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

8 Aprel 2026
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb
↗ PAYLAŞ:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb.

Siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb.

Bu təşəbbüs vergi ödəyiciləri arasında şəffaflığın və könüllü əməletmə mədəniyyətinin təşviqinə xidmət edir. Eyni zamanda, iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət Vergi Xidməti vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir və bu kimi təşəbbüslərin biznes mühitində şəffaflığın artırılmasına töhfə verdiyini vurğulayır.

Biznesiniz üçün fərdi qiymətləndirmə

Şirkətinizə uyğun qiymət təklifi alın

Mühasibatlıq, vergi, kadr uçotu, maliyyə idarəetməsi, 1C/ERP və veb sayt xidmətləri üzrə işin həcmini və ehtiyacınızı nəzərə alaraq fərdi təklif hazırlayırıq.

  • Fəaliyyətə uyğun xidmət seçimi
  • İş həcminə əsaslanan qiymətləndirmə
  • Aydın xidmət şərtləri
Təklifinizi soruşun

Qısa müraciət göndərin. Xidmətin əhatə dairəsini dəqiqləşdirərək sizinlə əlaqə saxlayacağıq.

Qiymət xidmətin həcmi və müraciətdə göstərilən tələblər dəqiqləşdirildikdən sonra müəyyən olunur.